Rusiyada tanker partladı - Ölənlər var

Rusiyada tanker partladı - Ölənlər var

Kriminal
02 Noyabr 2019, 10:38 358
Rusiyanın Naxodka şəhərində neft tankerində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 2 dənizçi həlak olub, daha bir nəfər itkin düşüb.
Hazırda itkin düşən dənizçinin axtarışları davam edir.
Qeyd olunur ki, partlayış tankerdə qaz sızması nəticəsində baş verib. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.