• cümə, 29 Mart, 12:09
  • Baku Bakı 14°C

Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb

30.05.18 10:45 439
Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb
Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb.
AZƏRTACRİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, xidmət "VisionLabs" şirkətinin tərtibatçıları tərəfindən istifadəyə verilib.
"SelfieToPay" adlanan xidmətdən istifadə etmək üçün alıcı "AppStore" və ya "GooglePlay"dən "SWiP" əlavəsini yükləməli, bank kartını ona bağlamalı və öz sifətini skan etməlidir.
Müvafiq proqram təminatı və xüsusi kameralar olan ticarət məntəqələrində alış-verişin dəyərini ödəmək üçün alıcıya telefon lazım olmayacaq. Kassanın yanındakı obyektivə baxmaqla kamera onun kimliyini müəyyən edəcək. Kameranın diapazonu elədir ki, ora yalnız ödəniş edən şəxsin üzü düşəcək.
"VisionLabs" şirkətindən bildiriblər ki, bu texnologiya sayəsində fırıldaqçılar alış-veriş üçün başqalarının fotolarından və ya videoyazılarından istifadə edə bilməyəcək.
banner

Oxşar Xəbərlər