AZE | RUS | ENG |

Rusiyada qəzaya uğrayan "An-148" təyyarəsinin vertolyotla toqquşduğu bildirilir

Rusiyada qəzaya uğrayan
Moskva ətrafında "An-148" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə ikinci hava gəmisinin də qalıqları aşkar edilib.

"Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Lenta.ru" məlumat yayıb.

Nəşrin daha bir mənbəsi isə "An-148" təyyarəsinin çox güman ki, havaya qalxarkən vertolyotla toqquşduğunu qeyd edib.

Hadisə yerində 50 cəsədin tapıldığı bildirilir.

"İnterfax"ın mənbəsinin məlumatına görə isə təyyarə "Rusiya Poçtu"na məxsus vertolyotla toqquşub.

Öz növbəsində "Rusiya Poçtu" idarəyə məxsus vertolyotun "An-148" təyyarəsi ilə toqquşmasına dair məlumatı təkzib edib.

"Məlumat həqiqətə uyğun deyil. "Rusiya Poçtu" bu informasiyanı təkzib edir. "Rusiya Poçtu" iki ədəd "Tu-204" vertolyotundan istifadə edir", - deyə idarənin mətbuat xidmətindən bildirilib.

Hadisə şahidləri təyyarənin səmada yandığını bildirirlər. Söhbət hava gəmisində hər hansı bir partlayışın baş verə bilməsindən gedir.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 167 xilasedicisi və 34 ədəd texnikası cəlb olunub.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyev və nəqliyyat naziri Maksim Sokolov əraziyə yollanıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6900
GBP 1 İngilis funt sterlinqi 2.3644
TRY 1 Türk lirəsi 0.4475
KWD 1 Küveyt dinarı 5.6666
SEK 1 İsveç kronu 0.2090
EUR 1 Avro 2.0865
CHF 1 İsveçrə frankı 1.8097
USD 1 ABŞ dolları 1.7001