• çərşənbə axşamı, 19 mart, 13:08
  • Baku Bakı 8°C

Rusiyada prezident seçkilərinin nəticələri açıqlandı

23.03.18 14:31 646
Rusiyada prezident seçkilərinin nəticələri açıqlandı
Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçirilən prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb. MSK sədri Ella Panfilova bu gün keçirdiyi mətbuat konfransında seçkilərin əsas parametrlər baxımından açıq və Rusiya Federasiyası qanunlarına uyğun keçirildiyini bildirib:
"Seçkilərin nəticələrinin ilk növbədə daxili ictimaiyyətimiz və beynəlxalq orqanlar tərəfindən tanınması üçün seçkilər rəqabətli, şəffaf və ciddi olaraq qanuna müvafiq keçirilməlidir. Bizim bütün fəaliyyətimiz bu əsas məqsədə nail olmağa yönəlib".
MSK sədri bülletenlərin 100 faizinin sayıldığını söyləyib. Beləliklə, nəticələrə görə, hazırki prezidentVladimir Putinseçicilərin 76,69 faizinin səsini toplayaraq qalib gəlib.
İkinci yerin sahibi Kommunist Partiyasının namizədi Pavel Qrudinin olub. O, 11,77 faiz səs toplaya bilib. Üçüncü yeri 5,65% səslə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski, dördüncü yeri 1,68 faiz səslə Vətəndaş Təşəbbüsü Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, beşinci yeri 1,05 faiz səslə "Yabloko" Partiyasının namizədi Qriqori Yavlinski, altıncı yeri İnkişaf Partiyasından olan namizəd Boris Titov (0,68 faiz), yeddinci yeri 0,68 faiz səslə Rusiya Kommunistləri Partiyasının namizədi Maksim Suraykin, sonuncu yeri isə Rusiya Ümumxalq Partiyasının namizədi Sergey Baburin (0,65 faiz) tutub.
banner

Oxşar Xəbərlər