• çərşənbə, 24 Aprel, 09:25
  • Baku Bakı 13°C

Rusiyada Poqba ilə Dembeleni təhqir edənlər tapıldı

19.04.18 11:10 778
Rusiyada Poqba ilə Dembeleni təhqir edənlər tapıldı
Rusiya ilə Fransa arasında keçirilən yoxlama görüşündə irqçi hərəkətlərə yol verən azarkeşlər tapılıb.
Kaspi.az xəbər verir ki, həmin qarşılaşmada Fransa yığmasının üzvləri - Pol Poqba ilə Usman Dembele irqçi təhqirlərə məruz qalmışdılar. FİFA məsələnin araşdırılmasını tələb etmişdi.
Rusiya Daxili İşlər Nazirliyinin apardığı araşdırmalardan sonra həmin azarkeşlərin şəxsiyyəti müəyyənləşdirilib. Onların 7-8 nəfər olduğu bildirilir.
Məlumata görə, irqçi çağırışlar edən azarkeşlərə DÇ-2018-in oyunlarında stadionlara giriş qadağan olunacaq. Onlara Rusiya çempionatının oyunlarına da baxmaq qadağan edilə bilər. Bu haqda məhkəmə qərar verməli olacaq.
banner

Oxşar Xəbərlər