• cümə, 19 Aprel, 11:43
  • Baku Bakı 13°C

Rusiyada miqrantlara xəbərdarlıq edildi

14.10.13 09:22 1300
Rusiyada miqrantlara xəbərdarlıq edildi
Moskva. Fərid Əkbərov – APA. Rusiya Miqrant Federasiyasının prezidenti Məhəmməd Amin miqrantlardan ictimaiyyətə açıq yerlərdən uzaq gəzməyi və iğtişaşlar bitənə qədər hadisənin baş verdiyi bölgəyə getməməyi istəyib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın müxtəlif bölgələrində bu tip iğtişaşların ola biləcəyi barədə xəbərdarlıq edən M.Amin bildirib ki, miqrantlar və xarici vətəndaşlar ictimaiyyətə açıq yerlərdən qıraq gəzməlidirlər: “Brulyovadan yeni qayıtmışam. Bölgədə vəziyyət çox təhlükəlidir. Yüzlərlə alkoqol qəbul etmiş skinhed və irqçi gənc gördüm. Moskva polisi vəziyyətin nəzarət altına alına bilməsi üçün böyük əmək sərf edir”.
Qeyd edək ki, Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Brulyova rayonunda yerləşən “Biryoza” ticarət mərkəzi və meyvə-tərəvəz bazarına hücum ediblər. “Skinhed”lər ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantlara hücum edərək onları ölümcül döyüblər. Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri yeridilib. “Skinhed” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər yetiriblər. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin tapşırığı ilə “Vulkan” kod adlı əməliyyat keçirilib. Nəticədə 380 nəfərdən çox rus milliyyətçisi saxlanılıb.
Onu da qeyd edək ki, iğtişaşların baş verdiyi Brulyova rayonunda xeyli sayda azərbaycanlı yaşayır. Moskvanın ən böyük meyvə-tərəvəz bazası olan Pokrov bazarı da bu rayonun ərazisində yerləşir. Həmin bazarda minlərlə azərbaycanlı çalışır.
banner

Oxşar Xəbərlər