Rusiyada məktəb və bağçalar bağlandı
Rusiyada
qrip virusunun yayılması səbəbindən 93 məktəb və 84 bağça bütünlüklə bağlanıb.
Trend-in
məlumatına görə, "Rospotrebnadzor"un tələbi ilə məktəblərdə 1064
sinif və bağçalarda 489 qrup epidemiya səbəbilə fəaliyyətini dayandırıb.
Məlumatda
həmçinin deyilir ki, hazırda bağlanan tədris və tərbiyə müəssisələrində
profilaktik tədbirlər aparılır.