Rusiyada limit dəyişdi, razılar da var, narazılar da

Rusiyada limit dəyişdi, razılar da var, narazılar da

İdman
27 İyun 2019, 10:37 251
2020/2021 mövsümündən Rusiya çempionatında yeni legioner limiti tətbiq olunacaq.
 
Kaspi.az xəbər verir ki, bu barədə qərar Rusiya Futbol İttifaqı İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Yeni qaydaya görə, klublar iştirak ərizəsinə 8 legionerin adını sala biləcəklər. 
 
Legionerlərin eyni vaxtda meydanda olmasına isə limit tətbiq edilməyəcək. Yəni eyni vaxtda meydanda 8 legioner ola bilər. 
 
Rusiyanın futbol mütəxəssisləri bu qərarı birmənalı qəbul etməyiblər. Bəziləri qərardan razı, bəziləri isə narazıdır. Narazılardan biri də "Zenit”in baş məşqçisi Sergey Semakdır: 
 
"Mövqeyim dəyişməz qalır. Belə limitin əleyhinəyəm. Bu limit rusiyalı futbolçuların dəyərini həddindən artıq şişirdir. Bu da futbolçularımızın Avropada oynamaq potensialını əhəmiyyətli dərəcədə azaldır. 
 
Mənə görə, ən uyğun variant 10+15 idi. Belə olsaydı, sağlam rəqabət yaratmaq mümkün idi. İndiki qərarda yaxşı heç nə görmürəm”.
 
"Lokomotiv”in baş məşqçisi Yuri Syomin isə qərardan razıdır: "Qərarı müsbət qəbul edirəm. Hesab edirəm ki, düzgün addım atılıb. Artıq bu qaydaya ilə işləməliyik, vəssalam”.