• cümə, 29 Mart, 01:29
  • Baku Bakı 7°C

Rusiyada koronavirusa yoluxanların sayı 850 mini ötüb

02.08.20 13:00 808
Rusiyada koronavirusa yoluxanların sayı 850 mini ötüb
Rusiyada son sutka ərzində daha 5427 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 850 870 nəfərə çatıb.
Son sutka ərzində 70 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 14 128 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 650 173 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.
banner

Oxşar Xəbərlər