AZE | RUS | ENG |

Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanılıb

Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanılıb
Habelə üç gizli laboratoriya aşkar edilib

Rusiya Federal Təhlükəsizlik Xidməti bu ölkədə qadağan edilmiş İŞİD terror təşkilatının tərəfdarlarının Suriya və İraqa göndərilməsinin qarşısını alıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, əməliyyat nəticəsində 60 əcnəbi saxlanılıb. On yeddi ünvanda aparılmış axtarışlar zamanı saxta sənədlərin, sərhədi keçmək barədə çoxlu sayda möhür və ştampların, miqrasiya sənədlərinin, əcnəbi pasportlarının hazırlandığı üç laboratoriya aşkar edilib.

Cinayətkar qrup, həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə məşğul olub. Qrupun beynəlxalq terror təşkilatlarının nümayəndələri ilə də əlaqələri olub.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000