• cümə axşamı, 28 mart, 22:25
  • Baku Bakı 13°C

“Rusiyada iqtisadi tənəzzül yaşanır” - Dünya Bankı

27.03.14 10:07 1219
“Rusiyada iqtisadi tənəzzül yaşanır” - Dünya Bankı
APA-nın məlumatına görə, bu barədə Dünya Bankı mütəxəssislərinin Rusiya iqtisadiyyatına dair yeni hesabatında deyilir.
Hesabat martın 26-da Moskvada təqdim olunub.
Ekspertlər qeyd edir ki, genişmiqyaslı kompleks struktur islahatlarına diqqətin yetərsizliyi iş adamlarının və istehlakçıların etimadının azalmasına gətirib çıxarıb. Krımdakı son olaylar isə ona gətirib çıxarıb ki, etimad problemləri böhrana çevrilib və mövcud artım modelinin çatışmazlığını qabardıb.
Bununla əlaqədar olaraq Dünya Bankı vəziyyətin inkişafı ilə bağlı iki ssenari hazırlayıb. Birinci ssenari Krım ətrafındakı böhranın nəticələrinin qısamüddətli olacağını, iqtisadi artımın 2014-cü ildə 1,1%, 2015-ci ildə isə 1,3% təşkil edəcəyini nəzərdə tutur.
İkinci ssenari isə geosiyasi durumun pisləşəcəyi halda iqtisadi və investisiya fəaliyyəti üçün daha ciddi fəsadları nəzərdə tutur. Nəticədə Dünya Bankının eksperləri 2014-cü ildə iqtisadi tənəzzülün 1,8%, 2015-ci ildə isə 2,1% artım səviyyəsində iqtisadiyyatın tədricən bərpa olunacağını proqnozlaşdırırlar.
banner

Oxşar Xəbərlər