AZE | RUS | ENG |

Rusiyada insanları belə satırlar…

Rusiyada insanları belə satırlar…
Özbəkistandan gələn qızları 50 min rubla kölə kimi satmağa çalışırmış…


Hər gün onlarla insan yoxa çıxır. Ailələri, yaxınları polisə, hüquq müdafiə təşkilatlarına müraciət etsələr də gedənlərdən xəbər çıxmır. Rusiya mətbuatı insanların gündüzün günorta vaxtında oğurlanaraq satıldığını yazır. İnsanlar oğurlanıb köləliyə məcbur edilirlər. Rusiyada köləliyə məruz qalanların statistikasını tam əldə etmək mümkün deyil. Beynəlxalq Miqrasiya Təşkilatları 2010-cu ildə Rusiya ərazisində 103 köləlik hadisəsinin qeydə alındığını bildirirlər. 2011-ci ildə isə bu rəqəm 50-yə enib. Ancaq göründüyü kimi, problem qalır. Əgər ildən-ilə azalma görünsə belə, o demək deyil ki, problemi həll etmək o qədər asandır. DİN rəsmiləri istisna etmirlər ki, belə cinayətlərin qurbanları daha çox Orta Asiya ölkələrindən gələnlər olur. Belə ki, 2012-ci ildə paytaxtda 46 yaşlı Tacikistan vətəndaşı saxlanılıb. O, Özbəkistandan gələn iki qızı 50 min rubla kölə kimi satmağa çalışırmış. Sonradan məlum olub ki, həmin adam insan alveri ilə məşğul olan etnik qrupun üzvüdür. Rusiya mətbuatının yazdığına görə, iş alverçilərinin kriminal gəlirləri narkotik ticarət və silah alveri ilə eyni səviyyədədir. İnsan – əlverişli məhsuldur. Onu dəfələrlə satmaq olur. BMT-nin məlumatına görə, dünyada hər il 700 min kişi və qadın belə cinayətin obyekti olur. Amma iş ticarətçilərinin gəlirləri isə 60 milyard dolları ötür. Bir sıra təşkilatlar «İş ticarəti yoxdur» deyə öz qrantlarını elan edir, bukletlər, plakatlar buraxırlar. Rusiya DİN-i «İnsan alveri ilə ehtiyatlı olun» bukletlərinı buraxıb. DİN göstərir ki, o, təkcə təhqiqatla deyil, həm də profilaktika ilə məşğuldur. Ekspertlər bildirirlər ki, Rusiyada əsas əmək bazarı – fahişəlik və tikintidir. Sadəcə, bu barədə heç kim danışmır. Əlbəttə, blogerlərin fikrincə, bu barədə sosial şəbəkələrdə yazırlar. Moskva DİN-nin şərhinə görə, köləliyə düşənlərin əksəriyyəti sosial vəziyyəti aşağı olanlardır. Onlar savadsızdırlar, həyat təcrübələri yoxdur, ona görə də əmək tacirlərinin qurbanlarına çevrilirlər. Şimali Qafqaza kişilər əsasən fəhləlik, qadınlar isə fahişə qismində düşürlər. “Köləlik Rusiyada mif deyil. İnsanları orta əsrlərdəki kölələr kimi satırlar” – deyə hüquq müdafiə təşkilatlarından birinin rəhbəri bildirib. Paytaxt vağzallarında xüsusi fəhlə toplayanlar fəaliyyət göstərir. Onlar kişiləri tikintilərdə işləmək üçün çağırırlar. Onları daha çox paytaxta pul qazanmağa gələn rusiyalılar və orta asiyalılar maraqlandırır. Fəhlələri Qafqaza, daha çox Dağıstana çox da böyük olmayan müəssisələrə götürürlər. «Etimad agenti guya telefon vasitəsilə iş axtaranlara kömək edir» - deyə beynəlxalq insan haqları cəmiyyətinin Rusiya sektorunun rəhbəri Vladimir Noviski bildirib. “Onlar fəhlə toplayanlardan faiz alırlar. Belə faizlər yüzlərlə yox, minlərlədir. Yeri gəlmişkən, Dağıstan kərpic zavodu haqqında dəhşətli hekayələr var”. Kərpic zavodunun fəhlələri Şimali Qafqazda işləmək daha çətindir. Onların pasportlarını, telefonlarını əllərindən alırlar, internetdən istifadə etməyə qoymurlar. 39 yaşlı Dmitri Şubin başına gələnləri danışıb. O, Smolenskdən Moskvaya bacısını yoluxmağa gəlib. Bir gün qonaq qaldıqdan sonra evə hazırlaşıb. Belorus vağzalında bilet alıb. Qatarın gəlişinə qədər boş vaxtı olduğundan skamyada oturur. Ona yaxınlaşan cavan oğlanla bir qədər söhbət etdikdən sonra onun kofe içmək təklifindən imtina etmir. Onlara padnosda iki stəkan çay gətirirlər. Sonrasını isə xatırlamır. «Gözlərimi mikroavtobusda açdım. İçəridə bir neçə adam oturmuşdu. Bizim pasportlarımızı polis nəfərinə göstərdilər. Mənsə polisə nə baş verdiyini başa düşmədiyimi dedim. Sonra kimsə dedi ki, biz Dağıstana gedirik». Onlar 8 nəfər olublar və hamısını Mahaçqala yaxınlığına gətiriblər. Deyiblər ki, onları kərpic zavodunda işləmək üçün alıblar. «Bizdən pasportumuzu, pulumuzu, mobil telefonumuzu da aldılar» - deyə Dimitri danışır. “Bizimlə söhbətləşən kişi dağıstanlı deyildi, slavyan idi. Bizim yatacağımız anbarı bizə göstərdilər. Ərazidə yekə itlər qaçışırdı. Bir neçə nəfər də mühafizəçi vardı. Yaxınlıqda hamama bənzər nəsə var idi. Mən yuyunmağı xahiş etdim və qaranlıqda aradan çıxmağı qərara aldım. Bir neçə kilometr aralıda işıqların sayrışdığını gördüm”. Xoşbəxtlikdən itlər onun arxasınca qaçmayıb. “Evlərdən birinə çatıb qapını döyməyə başladım. İzah etdim ki, bizi Moskvadan kölə kimi gətiriblər. Mənə tacik ailəsi sığınacaq verdi. Cibimdə ikinci telefon kartı vardı. Onu tapa bilməmişdilər. Taciklər mənə telefon verdilər və mən arvadıma zəng vurdum”. Dmitri yerli polisə getməyib. Ona izah ediblər ki, ən yaxşı halda onu yenidən kərpic zavodunun sahibinə qaytaracaqlar. Məsələ təkcə onda deyildi ki, polislər həmin biznesmenlərlə pula görə əlaqədə idilər. Ən pisi zavodun bəlkə də naməlum bir qrupa məxsus olması idi. “Səhərdən axşama qədər məni zavodda axtarmağa başlayıblar. Amma heç kim məni tapmayıb. Arvadım hüquq-müdafiə təşkilatlarına müraciət edib. Mən özüm də hara lazımdırsa, ərizə yazmağa hazıram. Kişilərin belə bədbəxtliyə düçar olmasını istəmirəm. Onları da mənim kimi aldadıb, içirib kərpic zavoduna gətirirlər”. 30 yaşlı Andrey Popovun danışdığı hekayə də adamı sarsıdır. 2000-ci ildə ordudan yayındığına görə axtarılan saratovlu gənc 2011-ci ilin avqustunda qəflətən evinə qayıdıb. Doğmaları deyir ki, onu oğurlayıb Dağıstana aparıblar. Orada kərpic zavodunda işləyib. Ən xırda günahına görə döyülüb. Dəfələrlə sümükləri sındırılıb. Bir “Kamaz” sürücüsünün köməyi ilə oradan qaça bilib. 15 min kişiyə görə, 150 min qadına görə “İnsanların vağzallardan oğurlanıb Dağıstana aparılmasını mən tanışımdan eşitmişəm» - deyə Alternativ Gənclər Təşkilatının rəhbəri Oleq Melnikov bildirir. “2012-ci ildə mən dostumla Mahaçqalaya getdim. Bizdə ünvan yox idi. Sadəcə, qərara aldıq ki, nə baş verdiyini gözümüzlə görək. Melnikovun sözlərinə görə, müəssisənin rəhbəri kişiləri fəhlə toplayanlardan 15-20 min rubla alır. Onlara kömək etmək istəyənlər də tapılır. Bizə dedilər ki, kölə kimi işləyənlər gizli saxlanılır. Bir çox dağıstanlılar bunu əsl rüsvayçılıq sayır”. Melnikovun sözlərinə görə, kölələrin beyninə yeridiblər ki, onlar sənədsiz Dağıstandan heç yerə gedə bilməzlər. İlk polis məntəqəsində onları saxlayacaqlar. Güllələyəcəklər və vahabilərin əlinə verəcəklər. “Adamlar dedilər ki, burada iki saunada Nijni-Novqoroddan gətirilən iki qız işləyir. Saunanın sahibi onları gətirən alıcıya 150 min pul verib. Biz qızların oradan necə çıxarılması haqqında düşündük. Sutenyor qızları otelə götürmək üçün 30 min rubl girov qoymağı tələb etdi”. Melnikov Mahaçqala saunasından 2 qızı və kərpic zavodundan 3 kişini girov qoymaqla Moskvaya gətirə bilib. Xilas olunanlardan heç biri polisə şikayət etməyib. Hər şeyi pis yuxu kimi unutmağa üstünlük veriblər. “Polis az müqavimət yolu ilə gedir” – deyə Rusiya beynəlxalq miqrasiya təşkilatının insan alveri əleyhinə layihəsinin mütəxəssisi Dmitrii Babin deyib. “Sübut etmək lazımdır ki, insanları doğurdan da zorla saxlayırlar və onlara pul ödəmirlər. Bu cür işlərin məhkəmədə perspektivi çoxdur. Bəzi hallarda bu cür işlər məhz sübut bazası olmadığına görə bağlanır. Keçmiş kölələr sadəcə ərizə yazmaq istəmirlər. Köhnəni qurdalamaq istəmirlər. Ona görə də bir sıra belə cinayətlər açılmamış qalır”. “Bu yaxınlarda mənə əməkdaşlardan biri Ukraynadan gələn bir qadına kömək etmək üçün müraciət etdi” – deyə Oleq Melnikov bildirir. Onu Moskvada satıcı işləmək üçün dəvət ediblər. Amma onu qaraçılar qarşılayaraq sənədlərini götürüblər və Moskva yaxınlığındakı evlərdən birinə aparıblar. Həmin evdə Ukrayna və Moldovadan bir neçə yaşlı qadın saxlanırmış. Onlara hədə ilə dəmiryolçu paltarı geyindirir və stansiyanı təmizləməyi tələb edirlər. Qadın əsirlərin saxlandığı evi göstərməyə razı oldu, amma qapı bağlı idi. Görünür, həmin ərəfədə orada sahə müvəkkillərinin yoxlanılması keçirilib. Qapalı dairədir. Əgər sən iş alverçilərinin qurbanısansa və qaçırsansa bu o demək deyil ki, sən tamamilə xilas olursan. Bunun üçün sən öz əzablarını göstərməli, hüquq-mühafizə orqanlarına ərizə yazaraq əzablarını sübut etməlisən”. Rusiya DİN-i bütün potensial qurbanlara iş təkliflərinə ehtiyatla yanaşmağı məsləhət görür. “Xüsusilə başqa ölkələrin tanımadığı insanları tərəfindən təklif olunan işlər əsasən tələlərdir”. Baxmayaraq ki, Rusiyanın Cinayət Məcəlləsində insan alverinə görə 15 il, kölə əməyinə görə 15 il, fahişəliyə məcbur etməyə görə 10 il, insan oğurluğuna görə 8 ildən 15 ilə qədər cəza gözləyir, ölkədə cinayətlər baş verir. Xüsusən Rusiyada köləlik davam edir. Ölkədə həqiqətən də çoxlu əsirlər var... Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805