• cümə, 29 Mart, 17:09
  • Baku Bakı 14°C

Rusiyada hərbi təyyarə qəzaya uğradı

14.12.13 08:41 1512
Rusiyada hərbi təyyarə qəzaya uğradı
Rusiya Federasiyasının Primorye diyarında “MiQ-31” hərbi təyyarəsi qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə dekabrın 14-də Moskva vaxtı ilə saat 06.00 radələrində baş verib.
“Kneviçi” aerodromundan qalxan “MiQ-31” Vladivostok yaxınlığındakı aviabazanın 26 kilometrliyində, Nadejdinskoye rayonu ərazisində qəzaya uğrayıb. Yerli hakimiyyətdən bildiriblər ki, pilotlar təyyarəni yaxınlıqdakı qəsəbədən uzaqlaşdıra biliblər və təyyarə tayqa meşəsinə düşüb. Pilotlar uğurla katapult edə biliblər, onlar sağ-salamat Olenovod qəsəbəsi ətrafına eniblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yollanıb.
banner

Oxşar Xəbərlər