• cümə axşamı, 28 mart, 23:58
  • Baku Bakı 13°C

Rusiyada dünya çempionunu öldürən azərbaycanlı könüllü təslim olub

19.09.17 11:40 1588
Rusiyada dünya çempionunu öldürən azərbaycanlı könüllü təslim olub
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov Federal Təhlükəsizlik Xidmətinə könüllü təslim olub.
APA-nın məlumatına görə, bu barədə "Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.
Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə(MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya" kafesindəbaş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.
banner

Oxşar Xəbərlər