• cümə, 29 Mart, 02:22
  • Baku Bakı 7°C

Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava: ölən və yaralananlar var

10.12.13 09:38 1163
Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava: ölən və yaralananlar var
APA-nın “RİA Voronej”ə istinadən xəbərinə görə, hadisə azərbaycanlılara məxsus “Praqa” kafesinin qarşısında baş verib.
Davaya səbəb ruslardan ibarət iki qrup arasındakı münaqişəyə azərbaycanlıların qarışması olub. Daha dəqiqi, ofisiant qız müxtəlif masalarda əyləşən müştərilərdən kafedə siqaret çəkməməyi xahiş edib. Qruplar arasında başlayan mübahisəyə iki azərbaycanlı da qoşulub və onlardan birinin tərəfini tutub. Mübahisəyə aydınlıq gətirmək üçün küçəyə çıxan qruplar arasında bıçaqlaşma baş verib. Nəticədə 20-32 yaşlı altı nəfər yaralanıb. Onlardan 19 yaşlı gənc reanimasiyada vəfat edib, bir yerli sakinin və bir azərbaycanlının vəziyyəti isə ağırdır.
Hadisə yerindən avtomobillə qaçmağa çalışan üç nəfər polis tərəfindən saxlanılıb. Onlardan biri 19 yaşlı gəncin qətlində təqsirləndirilir. Hazırda azərbaycanlıya bıçaq xəsarəti yetirən Voronej sakininin axtarışı aparılır. Davada iştirak edən beş azərbaycanlının heç də hamısının Rusiyada qalmaq və işləmək icazəsinin olmadığı bildirilir.
banner

Oxşar Xəbərlər