AZE | RUS | ENG |


Rusiyada azərbaycanlı idmançı güllələnib

Rusiyada azərbaycanlı idmançı güllələnib
Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb.
 
APA-nın "chelyabinsk.74.ru” saytına istinadən verdiyi məlumata görə, kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası Ramil Canıyev sentyabrın 8-də yaşadığı evin qarşısında güllələnib.
 
O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, başından güllə yarası almış idmançını xilas etmək mümkün olmayıb.
 
Rusiya İstintaq Komitəsinin Çelyabinsk üzrə idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəisi İqor Mitroxinin bildirdiyinə görə, hadisəni törətməkdə 26 yaşlı azərbaycanlı Eldəniz Bağırov şübhəli bilinir.
 
Faktla bağlı "qəsdlə adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb.
 
Cinayətdə şübhəli bilinən şəxs axtarışa verilib. 
 
Qətlin motivi hələlik məlum deyil.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0041
GEL 1 Gürcü larisi 0.6699
GBP 1 İngilis funt sterlinqi 2.3661
TRY 1 Türk lirəsi 0.4512
KWD 1 Küveyt dinarı 5.6551
SEK 1 İsveç kronu 0.2123
EUR 1 Avro 2.0849
CHF 1 İsveçrə frankı 1.7768
USD 1 ABŞ dolları 1.7001