• çərşənbə, 24 Aprel, 08:53
  • Baku Bakı 13°C

Rusiyada azərbaycanlı diaspor rəhbəri həbs olunub

23.02.17 15:30 888
Rusiyada azərbaycanlı diaspor rəhbəri həbs olunub
Rusiyanın Moskva vilayətində azərbaycanlı diaspor rəhbəri həbs olunub.
APA-nın" Life"-a istinadən verdiyi məlumata görə, Moskva Vilayəti azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev dələduzluq ittihamı dünən saxlanılıb. Məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarıb.
Bildirilir ki, yanvar ayında Q. Ağayevə qarşı mənimsəmə ittihamı ilə cinayət işi açılıb. Onun 2015-ci ildə 600 min rubl məbləğində büdcə vəsaitini mənimsədiyi deyilir.
Qeyd olunur ki, Q. Ağayev "Rusiya türkiyəli və azərbaycanlı məktəblilərin gözü ilə" qrantı çərçivəsində RusiyaTəhsil Nazirliyitərəfindən "Russkiy mir" fonduna ayrılan 600 min rubl məbləğində pul alıb. Həmin vəsaitlə o, azərbaycanlı və türkiyəli məktəbliləri Rusiyaya gətirməli və ekskursiya təşkil etməli imiş.
banner

Oxşar Xəbərlər