• cümə, 29 Mart, 11:51
  • Baku Bakı 5°C

Rusiyada azərbaycanlı biznesmenin oğlu itkin düşüb

10.06.13 12:15 1306
Rusiyada azərbaycanlı biznesmenin oğlu itkin düşüb
APA-nın yerli bürosunun məlumatına görə, uzun müddətdir Rusiya Federasiyasının Kostroma şəhərində yaşayan Xalac kənd sakini Əhmədov Məhəmmədəli Məmmədsalah oğlunun 1 aydan çoxdur itkin düşdüyü bildirilir.
Yaxınlarının verdiyi məlumata görə, M. Əhmədov valideynləri Azərbaycanda olarkən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri 1 aydan çoxdur ki, yoxa çıxan M. Əhmədovun itkin düşməsi ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarına məlumat versələr də, bu günə kimi ondan heç bir xəbər çıxmayıb.
M. Əhmədovun atasının uzun illərdi ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.
banner

Oxşar Xəbərlər