• cümə, 19 Aprel, 07:26
  • Baku Bakı 13°C

Rusiyada azərbaycanlı biznesmen və oğlu yol qəzasında ölüb

25.12.17 14:30 896
Rusiyada azərbaycanlı biznesmen və oğlu yol qəzasında ölüb
Rusiyanın Saxalin vilayətində dəhşətli avtomobil qəzasında həlak olan azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.
Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan KərimovunAPA-nın Rusiya bürosuna verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.
C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: "Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir.Havaşəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır".
banner

Oxşar Xəbərlər