• cümə, 29 Mart, 19:54
  • Baku Bakı 14°C

Rusiyada azərbaycanlı biznesmen öldürülüb

25.10.17 10:10 1874
Rusiyada azərbaycanlı biznesmen öldürülüb
RusiyanınSaratov vilayətində bizneslə məşğul olanazərbaycanlı işadamı Ceyhun Cəfərov öldürülüb.
"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Saratov vilayəti İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, naməlum şəxs və ya şəxslər C.Cəfərova odlu silahdan atəş açıblar. O, aldığı küllə yaralarındanhadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Məlumata görə, qatil qarajdan keçərək, Kumıs meşəsində gizlənib. Onun axtarışı davam edir.
Qətl anını evin yaxınlığındakı video-kamera qeydə alıb. Hazırda lent hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Hadisə yerinə Saratov vilayətinin azərbaycanlı icmasının rəhbəri Vladimir Muradov da gəlib. Onun sözlərinə görə, qətl sifarişlə yerinə yetirilib: "Ceyhun axşam saat 18:00 radələrində öz "Leksus” avtomobili ilə evinə gəlib. Muzdlu qatil onu qarajın qapısında gözləyirmiş".
V.Muradov qeyd edib ki, qailinistifadə etdiyi silahın markası hələlik məlum deyil: "Hadisə yerindəüç dəfə atəş səs eşidlib".
İcma rəhbəri deyib ki, C.Cəfərovun heç kimlə münaqişəsi olmayıb: "O, çox mərhəmətli və şəfqətli adam idi. Heç kimlə münaqişəsi yox idi. Onun "Vozrojdeniye -KDM” adlı firması Gənc Tamaşaçılar Teatrının köhnə biinasının bərpası ilə məşğul idi. Bu il isə demək olar ki, işləməmişdi. O, heç kimə borclu deyildi. Ancaq ona borcu olanlar var idi”.
banner

Oxşar Xəbərlər