• cümə axşamı, 18 aprel, 06:12
  • Baku Bakı 12°C

Rusiyada avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 17-yə çatıb

06.10.17 10:40 579
Rusiyada avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 17-yə çatıb
Rusiyanın Vladimir vilayətində avtobusun qatarlatoqquşması nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub. Hadisə nəticəsində həlak olanlardan 15-i Özbəkistan vətəndaşlarıdır. Qəza zamanı avtobusda 56 nəfərin olduğu bildirilir.
banner

Oxşar Xəbərlər