• cümə axşamı, 18 aprel, 08:48
  • Baku Bakı 12°C

Rusiya yığması məşq etməyə stadion tapmır...

04.10.13 14:45 1199
Rusiya yığması məşq etməyə stadion tapmır...
Futbol üzrə Rusiya milli komandası Lüksemburq və Azərbaycan yığmaları ilə keçirəcəyi 2014-cü il dünya çempionatının seçmə qrup matçlarına hazırlıq üçün stadion tapa bilmir. Lent.az-ın məlumatına görə, şimal qonşularımız məşqlərini adətən Moskvadakı Eduard Streltsov adına stadionda keçirir.
Lakin həmin arenanın əsas meydançası ötən həftə MOİK və “Anji” arasındakı Rusiya Premyer Liqası və ardından Amerika Futbol üzrə matçlardan sonra yararsız vəziyyətə düşüb. Yığma isə məşqlərə oktyabrın 7-də başlamalıdır. 3 gün davam edəcək hazırlıq prosesinin ardından baş məşqçi Fabio Kapellonun komandası Lüksemburqla səfər oyununa yollanacaq. Moskvadakı məşqlərin harada keçiriləcəyinə dair qərarı Kapellonun özü qəbul edəcək.
Rusiya Futbol İttifaqının baş katibi Anatoli Vorobyov “İTAR-TASS”a bildirib ki, yığmanın elə Streltsov adına stadionun ehtiyat meydançasında hazırlaşacağı istisna deyil: “Bu stadion yalnız əsas meydançadan ibarət deyil. Ona görə də yığma üçün bütün şərait təmin olunacaq. Komandamızın ehtiyat meydançada hazırlaşacağı istisna deyil. İstənilən halda, qərarı Kapello qəbul edəcək”.
Qeyd edək ki, hazırda Moskvada nəinki məşq, hətta oyun keçirmək üçün stadion qıtlığı hökm sürür. Əsas səbəb “Lujniki” stadionunun avqustdakı atletika üzrə dünya çempionatından sonra təmirə bağlanmasıdır. Çempionlar Liqasında çıxış edən komandalardan MOİK Çexiya “Viktoriya”sını paytaxtda deyil, Sankt-Peterburqda “Zenit”ə məxsus stadionda oynamağa məcbur olub. Premyer Liqanın növbəti turunda isə “Spartak” “Terek”i Yekaterinburqdakı Mərkəzi stadionda, MOİK “Dinamo”nu “Lokomotiv”in kiçik idman arenasında qəbul edəcək.
banner

Oxşar Xəbərlər