• cümə, 19 Aprel, 11:24
  • Baku Bakı 13°C

Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

20.01.18 19:40 509
Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib
RusiyaXarici İşlər NazirliyiTürkiyəninSuriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatla bağlı açıqlama yayıb.
APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, açıqlamada deyilir:
"Daxil olan məlumata əsasən yanvarın 20-də TürkiyəSuriyanın şimal-qərbindəki Afrin bölgəsində güc tətbiqinə başlayıb. Türkiyə ordusunun Baş Qərargahı bildirib ki, türk hərbçiləriSuriyakürd "Demokratik İttifaq” Partiyasının silahlılarının provokativ atəşlərinə cavab olaraqSuriyakürdlərinin mövqelərini atəşə məruz qoyub. Bu məlumat Moskvada narahatlıqla qarşılanıb. Vəziyyətin inkişafını diqqətlə izləyirik. RusiyaSuriyada bu ölkənin ərazi bütövlüyünün qorunmasına, suverenliyinə hörmətə əsaslanan vəBMTTŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Astana prosesində deeskalasiya zonalarının yaradılması barədə əldə olunan razılaşmalara uyğun çözümün axtarışı üzrə davamlı mövqeyinə sadiqdir. İŞİD-in simasında beynəlxalq terrorizmin hərbi-siyasi ocağının darmadağın edilməsindən vəSuriyadan Rusiya qoşunlarının önəmli hissəsinin çıxarılmasından sonra bu ölkədə qalan rusiyalı hərbçilərin əsas məqsədi deeskalasiya zonalarında atəşkəs rejiminin təmin olunmasından ibarətdir”.
banner

Oxşar Xəbərlər