• cümə, 29 Mart, 01:23
  • Baku Bakı 7°C

Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı

30.10.19 09:36 619
Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı
Moskva Suriyanın şimal-şərqində Rusiya-Türkiyə birgə fəaliyyət haqqında memorandumun həyata keçirildiyini hesab edir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
A.Qruşko bildirib: "Memorandum həyata keçirilir. Həm yerdə, həm də siyasi kanallar vasitəsilə ən yaxın əməkdaşlıq qurulub".
22 oktyabrda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üçün birgə tədbirlər haqqında memorandum qəbul ediblər.
banner

Oxşar Xəbərlər