• çərşənbə, 24 Aprel, 12:58
  • Baku Bakı 27°C

Rusiya XİN-i ABŞ-ın yeni sanksiyalarını şərh edib

09.11.18 14:30 502
Rusiya XİN-i ABŞ-ın yeni sanksiyalarını şərh edib
Rusiya xarici işlər nazirinin müaviniSergey RyabkovABŞ-ınMaliyyə NazirliyininKrım və Donbasdakıvəziyyətə görə, noyabrın 8-də tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirib.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, "Birləşmiş Ştatlarınsanksiyalarının63-cü mərhələsiRusiyanı yolundan döndərməyəcək və Vaşinqtonun bu addımları məzmunsuzdur".
"Biz, əlbəttə, bu qəbul olunmuş qərarların məzmununu öyrənəcəyik, konkret olaraq hansı fiziki və hüquqi şəxslərdən söhbət getdiyini təhlil edəcəyik. Biz belə başa düşürük ki, bu yeni Amerika siyahısının iştirakçılarından bir hissəsiDonetsk regionuna, öz hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparan respublikaya aiddir", - deyə o bildirib.
Nazir müavini bu sanksiyalarda yenilik olmadığını və bu addımlarda heç bir məzmun görmədiklərini qeyd edib.
Bundan əvvəlABŞ Krım və Donbassa görə Rusiyaya qarşı sanksiya siyahısınıgenişləndirib.
banner

Oxşar Xəbərlər