• cümə, 29 Mart, 11:16
  • Baku Bakı 5°C

Rusiya XİN-dən Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına münasibət

19.09.18 14:22 429
Rusiya XİN-dən Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına münasibət
Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir.
Bunu Trend-in Ermənistan parlamentinin "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
XİN-dən deyiblər: "Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.
Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.
banner

Oxşar Xəbərlər