• cümə, 19 Aprel, 12:45
  • Baku Bakı 25°C

Rusiya XİN: Dağlıq Qarabaq münaqişəsinin tərəfləri bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir

08.04.18 23:20 794
Rusiya XİN: Dağlıq Qarabaq münaqişəsinin tərəfləri bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir
Dağlıq Qarabağ münaqişəsinin tərəfləri münaqişənin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidir.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir qeyd edib ki, eyni zamanda 2011-ci ildə Kazan sammitinin nəticələri də danişiqlar zamanı istifadə olunmalıdır.
"Ən əsası, hələ də danışıqlar zamanı hərdən ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, kifayət qədər olan realist və praqmatik ideyalarda diqqəti cəmləşdirməkdir”, - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu ideyaları "kağız üzərində əks etdirmək lazımdır”.
Lavrov bildirib ki, 2011-ci ildə baş tutan Kazan sammitinə hazırlıq intensiv gedirdi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında da: "Lakin sammit zamanı əlavə suallar və şərhlər ortaya çıxdı. Biz bundan xüsusi bir faciə etmirik. İşlər davam etdiriləcək. Əminəm ki, "Kazan sənədi” adlandırılan sənəddə olan çox şeyə hələ də tələbat var.”
Nazir həmçinin bildirib: "O illər ortaya çıxarılan heç bir şey, fikrimcə, itirilməyib. Düzdür, bu vaxt ərzində həmsədrlərin tərəflər ilə danışıqlarında inkişaf etdirdiyi bir neçə yeni ideya da yaranıb”.

banner

Oxşar Xəbərlər