• cümə, 19 Aprel, 06:21
  • Baku Bakı 13°C

Rusiya XİN: Belarus müttəfiqlik əlaqələrinin ruhuna zidd addım atıb

08.02.17 14:40 703
Rusiya XİN: Belarus müttəfiqlik əlaqələrinin ruhuna zidd addım atıb
RusiyaXarici İşlər Nazirliyibloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bəyanatda deyilir:
"Əldə olunan məlumata görə, fevralın 7-də Belarus Respublikasının Ali Məhkəməsi qapalı rejimdə Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarus Prokurorluğunun qərarından şikayətini təmin etməyib. Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir. Rusiya öz vətəndaşının tezliklə öz ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək”.
banner

Oxşar Xəbərlər