• cümə, 19 Aprel, 04:51
  • Baku Bakı 18°C

Rusiya XİN başçısının müavini: "Dağlıq Qarabağ bizim ümumi ağrımızdır"

27.05.17 09:10 769
Rusiya XİN başçısının müavini: "Dağlıq Qarabağ bizim ümumi ağrımızdır"
"Dağlıq Qarabağ bizim ümumi ağrımızdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.
"Dağlıq Qarabağ münaqişəsi bizim ümumi qayğımızdır. Bu çox qəddar və həlli çətin olan problemdir. Qarabağ münaqişəsini istisnasız olaraq siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır. Bu həll yoluna alternativ yoxdur",-deyə Rusiya XiN başçısı qeyd edib.
Q. Karasin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının Rusiyanın xarici siyasət prioritetləri sırasına daxil olduğunu söyləyib: "Biz üçlükdə, Fransa və ABŞ-la birlikdə bu münaqişənin nizamlanması ilə məşğul oluruq. 2013-cü ildə həmsədr ölkələrin prezidentləri birgə bəyanatlarında öz mövqelərini açıq bildirdilər ki, tərəflərə maksimum yardım etmək lazımdır, lakin münaqişəni həll etmək üçün bütün məsuliyyət tərəflərin üzərinə düşür".
banner

Oxşar Xəbərlər