• cümə axşamı, 18 aprel, 10:06
  • Baku Bakı 12°C

Rusiya XİN başçısı: “Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan həll edə bilər”

15.01.18 13:10 694
Rusiya XİN başçısı: “Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan həll edə bilər”
"Dağlıq Qarabağmünaqişəsini tərəflər yalnız özləri həll edə bilər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər naziriSergey Lavrov2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz: "Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir”.

"Biz son illərdə intensiv səylər göstərmişik ki, tərəflərin bütün mövqelərini ümumiləşdirək, üst-üstə düşən yanaşmaları ortaya çıxaraq və onları ortaq məxrəcə gətirək. Həmçinin onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Bu iş ötən il ərzində də intensiv və mütəmadi şəkildə aparılıb. Həmsədrlər ümumi mövqeyə malikdir. Tərəflər həmsədrlərin nə düşündüyünü bilir. Lakin qərarı tərəflər verməlidir”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər