• cümə, 29 Mart, 10:43
  • Baku Bakı 5°C

Rusiya XİN: Azərbaycanla əlaqələri inkişaf etdirməyə çalışırıq

18.01.19 10:37 438
Rusiya XİN: Azərbaycanla əlaqələri inkişaf etdirməyə çalışırıq
"Azərbaycanla əlaqələri bütün istiqamətlər üzrə inkişaf etdirməyə çalışırıq".
Bunu "Report"un Rusiya bürosunun müxbirinə Rusiyanın xarici işlər nazirinin müaviniQriqori Karasindeyib.
"Azərbaycanla əlaqələri, uydurma bahənələrlə əlaqədar olan lazımsız əsəbilikdən yayınaraq, bütün istiqamətlər üzrə inkişaf etdirməyə, mürəkkəb və daha az mürəkkəb problemlərin həllinə nail olmağa çalışırıq. Biz buna qadirik. Bir-birimizi yaxşı başa düşürük. Həm Moskvanın, həm də Bakının yaxşı inkişaf etmiş intuisiyası var. Biz qonşuyuq, strateji tərəfdaşıq və bütün məsələlərin həllinə bu əsasda yanaşmalıyıq", - siyasətçi vurğulayıb.
Daha əvvəlAzərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın bəyanatına cavab verib.
banner

Oxşar Xəbərlər