• cümə, 29 Mart, 12:46
  • Baku Bakı 14°C

Rusiya XİN: Azərbaycana “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır

05.04.21 09:15 566
Rusiya XİN: Azərbaycana “Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır
Azərbaycana koronavirusa qarşı Rusiya istehsalı "Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümü ilə bağlı sosial şəbəkə hesablarındakı paylaşımında bildirilib.
Qeyd olunub ki, ötən il iki ölkə koronavirusla mübarizədə sıx əməkdaşlıq edib: "2020-ci ildə Rusiya və Azərbaycan mehriban qonşuluq, qarşılıqlı yardım və bərabərhüquqlu prinsiplərə əsaslanaraq COVİD-19-la mübarizədə sıx əməkdaşlıq edib. Ölkələrimizin səhiyyə nazirləri, digər profil strukturlarının rəhbərləri daim təmasdadırlar. Azərbaycan tərəfinin təklifi ilə birgə vaksin istehsalının təşkilinə Rusiyanın əczaçılıq kompaniyası olan "R-Farm” cəlb olunub. Rusiya Birbaşa İnvestisiyalar Fondunun xətti ilə Azərbaycana "Sputnik V” vaksini partiyasının göndərilməsi üzərində iş aparılır”.
banner

Oxşar Xəbərlər