• cümə axşamı, 25 aprel, 06:00
  • Baku Bakı 14°C

Rusiya XİN: “Ağ Ev İŞİD-i müdafiə edir”

18.09.16 09:52 846
Rusiya XİN: “Ağ Ev İŞİD-i müdafiə edir”
Rusiya tərəfi Ağ Evin hərəkətlərinin İŞİD terrorçularının müdafiəsinə yönəldiyi qənaətinə gəlməyə başlayıb.

APA-nın "Vesti.Ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Suriyaordusuna bu gün endirilən zərbələrdən sonra biz bütün dünya üçün dəhşətli olan bir nəticə çıxardıq – Ağ Ev İŞİD-i müdafiə edir”, - deyə o bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Moskva daha əvvəl Ağ Evin "Cəbhət Fatah əş-Şam” terror qruplaşmasını müdafiə etdiyini bildirib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı bundan əvvəl beynəlxalq koalisiyaya məxsus aviasiyanınSuriyaordusunun mövqelərinə zərbələr endirməsini etiraf edib.

Qeyd edək ki, dördhavazərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.
banner

Oxşar Xəbərlər