• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Rusiya Xəzərin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını tezliklə başa çatdıracaq

13.08.19 10:40 3772
Rusiya Xəzərin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını tezliklə başa çatdıracaq
Rusiya Xəzər dənizinin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını yaxın vaxtlarda başa çatdıracaq.
AZƏRTACxəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumundakı çıxışında bildirib. Baş nazir konvensiyanın beş Xəzəryanı dövlət tərəfindən imzalanmasını tarixi hadisə adlandırıb.
D.Medvedev qeyd edib ki, Xəzəryanı ölkələr qarşısında iqtisadi və ekoloji problemlərlə yanaşı, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq, nəzarətsiz miqrasiya kimi çağırışlar və təhdidlər durur. Rusiyanın Baş naziri beş Xəzəryanı dövlətin bu təhdidlərlə mübarizədə səylərinin birləşdirməsinin vacibliyini vurğulayıb.

banner

Oxşar Xəbərlər