AZE | RUS | ENG |

Rusiya Xəzərin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını tezliklə başa çatdıracaq

Rusiya Xəzərin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını tezliklə başa çatdıracaq
Rusiya Xəzər dənizinin Hüquqi Statusu üzrə Konvensiyanın ratifikasiyasını yaxın vaxtlarda başa çatdıracaq.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumundakı çıxışında bildirib. Baş nazir konvensiyanın beş Xəzəryanı dövlət tərəfindən imzalanmasını tarixi hadisə adlandırıb.
 
D.Medvedev qeyd edib ki, Xəzəryanı ölkələr qarşısında iqtisadi və ekoloji problemlərlə yanaşı, terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıq, nəzarətsiz miqrasiya kimi çağırışlar və təhdidlər durur. Rusiyanın Baş naziri beş Xəzəryanı dövlətin bu təhdidlərlə mübarizədə səylərinin birləşdirməsinin vacibliyini vurğulayıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946