• cümə axşamı, 28 mart, 13:18
  • Baku Bakı 16°C

Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib

22.06.18 18:06 333
Rusiya Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib
Rusiya hökuməti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini təsdiqləyib.

APA-nın xəbərinə görə, bu barədə məlumat RusiyaNazirlər Kabinetinin saytında yerləşdirilib.

Sənədi iyunun 21-də Rusiya baş naziri Dimitri Medvedev imzalayıb.

Qərarda Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanla razılaşdırılmış Konvensiya layihəsinin bəyənildiyi qeyd edilir.

Qərarda o da bildirilir ki, Konvensiya imzalanmaq üçün Rusiya prezidentinə təqdim edilsin.
banner

Oxşar Xəbərlər