• cümə axşamı, 28 mart, 22:36
  • Baku Bakı 13°C

Rusiya Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir

21.09.18 11:45 272
Rusiya Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir
Rusiya prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif edir.
"Report” xəbər verir ki, bunu cümə axşamı TASS-a Abdulatipov deyib.
"Mən bu günlərdə Dövlət Dumasında çıxış etdim, xüsusilə Xəzər Parlamentlərarası Assambleyasının yaradılmasını təklif etdim. Assambleya ölkələrin qanunvericiliklərinin bir-biri ilə uyğunlaşdırılması , imzalanmış beynəlxalq müqavilələrə müvafiq qanunların qəbulunu sürətləndirməklə məşğul olmalıdır. Bundan əlavə, parlamentlərarası əlaqələr humanitar və iqtisadi əlaqələrin inkişafı deməkdir", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər