• cümə axşamı, 18 aprel, 04:40
  • Baku Bakı 15°C

Rusiya vətəndaşları qadını öldürərək meyiti Qız qalasının yaxınlığına atıblar

01.05.17 14:10 1244
Rusiya vətəndaşları qadını öldürərək meyiti Qız qalasının yaxınlığına atıblar
Daxili İşlər Nazirliyi Bakının mərkəzində törədilən qətllə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitri Razumnıy tutulublar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər