• cümə, 19 Aprel, 21:38
  • Baku Bakı 24°C

Rusiya və Ukrayna polisi bu azərbaycanlını axtarır - Foto

06.08.13 14:26 1547
Rusiya və Ukrayna polisi bu azərbaycanlını axtarır - Foto
APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının axtarışa verdiyi şəxs 1968-ci il təvəllüdlü Sabirabad sakini Əsgərov Sahib Yusif oğludur. O, avqustun 4-də Ukraynanın Xarkov vilayətində, “at bazarı” adlanan ərazidə 21 yaşı həmyerlisinə bıçaqla ürək nahiyəsindən çoxsaylı xəsarətlər yetirərək onu öldürüb və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində məlum olub ki, qətlə yetirilən 21 yaşlı azərbaycanlı Xarkova öz qohumlarının yanına qonaq gəlib. Araşdırmalar nəticəsində o da bəlli olub ki, Əsgərov Sahib Yusif oğlu Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarılırmış.
banner

Oxşar Xəbərlər