Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək
Manilada Rusiya xarici işlər naziriSergey Lavrovvə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.
APA-nın məlumatına görə, bu barədə TASS agentliyi Manilada Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının (ASEAN) tədbirində iştirak edən Rusiya nümayəndə heyətinə istinadən məlumat yayıb.
Görüşün bu gün keçirilməsi planlaşdırılır.