• cümə, 29 Mart, 06:03
  • Baku Bakı 5°C

Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

09.04.17 17:46 994
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib
Bu gün Rusiya prezidentiVladimir Putinvə İran prezidentiHəsən Ruhaniarasında telefon danışığı olub.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya və İran prezidentləri ABŞ-ınSuriyaaviabazasına raket zərbəsi endirməsini və Suriyanın İdlib şəhərində kimyəvi silah tətbiqi ilə bağlı olayı müzakirə ediblər. Məlumatda qeyd edilir ki, Rusiya və İran prezidentləri ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Eyni zamanda aprelin 4-də Suriyanın İdlib vilayətində kimyəvi silahla bağlı olayın qərəzsiz, hərtərəfli araşdırılmasını vacib sayıblar. V. Putin və H. RuhaniSuriyaböhranının siyasi-diplomatik həlli istiqamətində sıx əlaqələri davam etdirməyin vacib olduğunu vurğulayıblar.
banner

Oxşar Xəbərlər