Rusiya və İran ABŞ-a xəbərdarlıq edib
Rusiya, İran vəSuriyaprezidenti Bəşər Əsədi dəstəkləyən qrupların yaratdığı qərargah ortaq bəyanat yayıb.
APA-nın məlumatına görə, bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Bəyanatda Suriyada aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın Suriyada "qırmızı xətt”ikeçdiyi bildirilir. Eyni zamanda bundan sonra Suriyaya qarşı hər hansı hücuma qarşı cavab veriləcəyi vurğulanıb.