• cümə, 19 Aprel, 05:22
  • Baku Bakı 18°C

Rusiya və Çin arasında yeni dəmir yolu marşrutu açılıb

28.08.16 14:19 982
Rusiya və Çin arasında yeni dəmir yolu marşrutu açılıb
Çinin Quançjou əyaləti və Rusiyanın Kalujsk vilayətinin Vorsino stansiyası arasında yüklərin daşınması üçün yeni dəmir yolu marşrutu açılıb.

APA-nın "Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, əsasən paltar və elektrik avadanlıqlarının yükləndiyi ilk qatar bu gün Quançjoudan Rusiyaya yola salınıb.

Qatar 14 gün ərzində 11,5 min km qət edəcək. Yeni dəmir yolu marşrutu ilə yüklər dəniz yolu ilə müqayisədə 30 gün daha tez çatdırılacaq. Eyni zamandahavanəqliyyatı ilə müqayisədə yüklərin çatdırılması 5 dəfə ucuz başa gələcək.

Çində yerüstü nəqliyyat infrastrukturunun inkişafı "İpək Yolu” layihəsi çərçivəsində həyata keçirilir. Məqsəd yüklərin Çindən Rusiya və Avropa Birliyi ölkələrinə daha sərfəli marşrutla çatdırılmasıdır.
banner

Oxşar Xəbərlər