• cümə, 19 Aprel, 04:07
  • Baku Bakı 18°C

Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

07.06.18 13:04 423
Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü olub
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistanın yeni XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşün protokol hissəsi media üçün açıq olub.
Sergey Lavrovçıxışında Ermənistanın yeni XİN başçısını Moskvada görməkdən məmnun olduğunu söyləyib. Rusiyalı nazir bugünkü görüşdə ikitərəfli münasibətləri müzakirə edəcəklərini bildirib: "Ümid edirəm ki, görüşümüz uğurlu keçəcək"
Ermənistan XİN başçısı isə çıxışında yeni vəzifədə ilk xarici səfərini Moskvaya etdiyini vurğulayıb.
Daha sonra görüş medianın iştirakı olmadan davam etdirilib.
Qeyd edək ki, Rusiya XİN Lavrov-Mnatsakanyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının da müzakirə olunacağı barədə məlumat yayıb.
banner

Oxşar Xəbərlər