• cümə axşamı, 25 aprel, 14:11
  • Baku Bakı 23°C

Rusiya Ukraynaya qoşun yeridilməsi barədə qərarı ləğv etdi

25.06.14 12:24 853
Rusiya Ukraynaya qoşun yeridilməsi barədə qərarı ləğv etdi
APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, qərarın lehinə 153, əleyhinə 1 senator səs verib.
Xatırladaq ki, V. Putin iyunun 24-də Federasiya Şurası qarşısında Ukraynaya ordu göndərilməsi barədə qərarın ləğvi barədə məsələ qaldırıb. Onun mətbuat katibi Dmitri Peskov bildirib ki, məqsəd Ukraynanın şərq regionlarında vəziyyətin normallaşdırılması və yoluna qoyulmasıdır və bu addım tərəflər arasında danışıqların başlanması ilə əlaqədar atılıb.
Qeyd edək ki, bu il martın 1-də Rusiya Federasiya Şurası V. Putinin Ukraynaya qoşun yeridilməsi barədə təklifini yekdilliklə qəbul edib. Bundan sonra Rusiya Ukraynanın Krım Muxtar Respublikasının ilhaqını həyata keçirib.
Müşahidəçilər Moskvanın son addımının ABŞ və Avropa Birliyinin Rusiya iqtisadiyyatına sektoral sanksiyalar tətbiq etməsinə yol verməmək məqsədi daşıdığını bildirirlər.
banner

Oxşar Xəbərlər