• cümə, 29 Mart, 19:55
  • Baku Bakı 14°C

Rusiya Ukraynaya nota verdi

03.04.14 13:04 330
Rusiya Ukraynaya nota verdi
Nota Rusiya Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşdirilməsinə dair sazişlərin qüvvədən düşməsini nəzərdə tutan qanunun tətbiqi ilə əlaqədardır.
APA-nın Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, söhbət 4 beynəlxalq müqavilədən gedir.
Rusiya XİN-də bildiriblər ki, qəbul olunmuş qərar sazişlərin qüvvədə olduğu müddətdə əmələ gələn maliyyə öhdəliklərinə toxunmur.
Rusiya Federasiya Şurasının aprelin 1-də qəbul etdiyi qanun 1997-ci ilin mayın 28-də Rusiya ilə Ukrayna arasında imzalanmış müqavilələri qüvvədən salır. Həmin müqavilələr Qara dəniz donanmasının bölgüsünü, donanmanın Ukrayna ərazisindəki statusunu və müvafiq qaydaları müəyyənləşdirirdi.
Yeni qanun həmçinin 2010-cu ilin aprelin 21-də Xarkovda imzalanmlş sazişlərə şamil edilir.
banner

Oxşar Xəbərlər