• şənbə, 20 Aprel, 03:41
  • Baku Bakı 15°C

Rusiya Ukraynaya hərbi müdaxilə edə bilər

24.02.14 16:33 1134
Rusiya Ukraynaya hərbi müdaxilə edə bilər
Ukraynanın milliyyətçi “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok Rusiyanın Sevastopola hərbi müdaxiləsinin mümkünlüyünü istisna etmir
APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, Ali Radada çıxış edən O.Tyaqnibok Sevastopola Rusiya hərbi qüvvələrin, konkret olaraq dəniz piyadalarının istiqamət aldığını bildirib.
O, həmçinin qeyd edib ki, axtarışa verilən Viktor Yanukoviç hazırda Sevastopoldadır: “Ona görə də Rusiyanın hərbi müdaxiləsi Yanukoviçə dəstək məqsədi daşıya bilər. Lakin bu, Rusiya ilə müharibənin başlanğıcı ola bilər”.
Qeyd edək ki, Rusiya baş naziri Dmitri Medvedev Ukraynada yaranmış vəziyyəti Rusiya milli maraqları üçün təhlükəli adlandırıb.
banner

Oxşar Xəbərlər