• cümə axşamı, 28 mart, 14:31
  • Baku Bakı 16°C

Rusiya Ukrayna sərhədində təlimlərə başlayıb

24.04.14 17:37 1112
Rusiya Ukrayna sərhədində təlimlərə başlayıb
Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna ilə həmsərhəd rayonlarda hərbi təlimlərin başladığını bəyan edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu o, Moskvada jurnalistlərə açıqlamasında deyib.
Hadisələrin bu cür inkişafına reaksiya vermək məcburiyyətində qaldıqlarını deyən S.Şoyqu Ukraynanın şərqində gedən proseslərin mənfi nəticələrə gətirib çıxaracağını bildirib.
“Ukrayna hakimiyyəti dinc əhaliyə qarşı güc tətbiqinə artıq razılıq verib. Əgər bu gün bunun qarşısı alınmasa, sabah çoxlu sayda ölən və yaralılar olacaq”, - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər