• cümə, 29 Mart, 18:32
  • Baku Bakı 14°C

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Suriya ilə bağlı görüş keçirəcək

18.12.16 15:51 719
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Suriya ilə bağlı görüş keçirəcək
Dekabrın 20-də Rusiya, Türkiyə və İran xarici işlər nazirlər arasında Suriyaböhranı ilə bağlı görüş keçirilə bilər.
APA-nın "Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Rusiya xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Məhəmməd Cavad Zərifi ilə telefon danışığında əldə edilib.
Görüş Suriyada proseslərin sürətli inkişafı nəzərə alınaraq zəruri sayılıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentiVladimir PutinQazaxıstan prezidentiNursultan Nazarbayevvə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla AstanadaSuriyailə bağlı görüşün keçirilməsi barədə müzakirə aparıb.
banner

Oxşar Xəbərlər