• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

Rusiya Türkiyə qoşunlarının Suriyada irəliləməsindən narahatdır

07.09.16 19:52 908
Rusiya Türkiyə qoşunlarının Suriyada irəliləməsindən narahatdır
Rusiya tərəfi Türkiyə qoşunlarının və onların dəstəklədiyi silahlı müxalif qüvvələrinSuriyaərazisində irəliləməsindən ciddi narahatdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

"Diqqətə çatdırmaq istəyirik ki, bu fəaliyyət Suriyanın qanuni hakimiyyəti ilə razılaşdırılmayıb vəBMTTəhlükəsizlik Şurası buna razılıq verməyib. Bununla daSuriyaƏrəb Respublikasının suverenliyini və ərazi bütövlüyünü şübhə altına alınır. Dəməşqin mövqeyi beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli və doğru mövqedir", - deyə bəyanatda qeyd olub.
banner

Oxşar Xəbərlər